Milli Məclisin 2025-ci il yaz sessiyası başa çatıb

   Milli Məclisin 2025-ci il yaz sessiyası başa çatıb
  30 May 2025    Oxunub:614
Milli Məclisin spikeri Sahibə Qafarova 2025-ci il yaz sessiyasının bu gün başa çatdığını bildirərək sessiya ərzində görülən işlər haqqında qısa məlumat verib.
AzVision.az -ın məlumatına görə, ötən yaz sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən S.Qafarobva bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib.

Bu baxımdan Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Milli Məclisin yaz sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.

Sonra parlamentin sədri Milli Məclisin yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.


AzVision.az


Teqlər:





Xəbər lenti