Özbəkistan Ədliyyə Nazirliyi ilə əməkdaşlıq proqramı imzalanıb

Nazirlər iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında sahə üzrə uğurlu çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb.
Görüş zamanı tərəflər arasında "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı" imzalanıb.
Əməkdaşlıq Proqramına əsasən, 2025 və 2026-cı illərdə Azərbaycan və Özbəkistan Ədliyyə nazirlikləri arasında hüquqşünasların tədrisi, notariat təcrübəsinin təkmilləşdirilməsi, ədliyyə sahəsində rəqəmsallaşma, qanunvericilik, məhkəmə ekspertizası və digər sahələrdə təcrübə mübadiləsinə dair konkret tədbirlərin keçirilməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər: Azərbaycan Özbəkistan nazir səfər proqram