Ahmet Erdem: "Şuşa mənim ata yurdumdur"

      Ahmet Erdem:    "Şuşa mənim ata yurdumdur"
  31 May 2025    Oxunub:666
Mən Türkiyənin Qars şəhərindən gəlmişəm. Bura mənim ata yurdumdur. Ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə burada yaşanan erməni zülmü zamanı Türkiyəyə gediblər. Dünyadan köçənədək Azərbaycan deyə-deyə əzab çəkiblər. Bu gün mən onların həsrətini çəkdikləri bu yerləri həm də onlar üçün ziyarət edirəm.
AzVision.az xəbər verir ki, “AZƏRTAC”-a müsahibəsində Şuşaya səfər edən türkiyəli din xadimi Ahmet Erdem belə deyib.

“44 günlük Vətən müharibəsi zamanı biz Qarsdakı məsciddə hər zaman dualar edirdik, şəhidlərimizin xatirəsini ehtiramla anırdıq. Bugünkü səfərimiz zamanı ermənilərin Qarabağ da təkcə tikililəri və təbiəti deyil, insanlığı, bəşəri insanlıq hisslərini məhv etdiklərinin şahidi oldum. Düşünürəm ki, buradakı bu mənzərə, bu insanlıq cinayətinin qalıqları mütləq saxlanılmalı və dünyaya göstərilməlidir. Qoy bütün dünya bu vəhşiliyin nümunələrini real faktlarla görsün”, - türkiyəli din xadimi vurğulayıb.


AzVision.az



Teqlər: Şuşa   Erdem  





Xəbər lenti