Abşeron rayonunda silah-sursat aşkarlanıb

Abşeron rayonunda silah-sursat aşkarlanıb
  31 May 2025    Oxunub:684
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən AzVision.az -a bildiriblər ki, keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti