Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb

Azərbaycanlı zəvvarların son qrupu Məkkəyə çatıb
  31 May 2025    Oxunub:299
Azərbaycandan Həccə gedən sonuncu zəvvar qrupu Məkkəyə çatıb.
AzVision.az xəbər verir ki, barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sonuncu qrupa 122 zəvvar daxildir.

V.Cahangiri qeyd edib ki, iyunun 4-ə kimi müstəqil Kəbə ziyarəti olacaq.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. QMİ bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayırıb.

AzVision.az





Teqlər:





Xəbər lenti