Polis əməliyyat keçirdi — 9 kiloqram narkotik aşkarlandı

   Polis əməliyyat keçirdi —    9 kiloqram narkotik aşkarlandı
  31 May 2025    Oxunub:668
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
AzVision.az DİN-in Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti