Sonuncunun sonu çatır

// Qarabağ separatçılarının keçmiş ”prezidenti” İrəvanda həbs oluna bilər

   Sonuncunun sonu çatır
  01 İyun 2025    Oxunub:752
Qarabağdakı keçmiş separatçı rejimin sonuncu qanunsuz “prezidenti” Samvel Şahramanyan Ermənistanın hərbi istintaq idarəsinı çağırılıb. Bu barədə “Joxovurd” qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, keçmiş separatçının istintaqa ifadə verməsi gələn həftəyə təyin olunub. O, “vəzifəisində buraxdığı səhlənkarlıqla” əlaqədar sorğu-sual ediləcək.

“Joxovurd”un yazdığına görə, artıq prosesdə siyasə çalarlar sezilməyə başlayır: “Baş verənlərin 2026-cı ildə Ermənistan keçiriləcək parlament seçkilərilə əlaqədar olduğu da istisna deyil. Bəzi mərkəzlər siyasi sarsıntılar yaratmaq üçün artıq indidən müəyyən fiqurlarla işləməyə başlayıblar”.

Qəzet Şahramanyanın həbs edilə bilinəcəyini ehtimalını yüksək hesab edir.

Xatırladaq ki, Şahramanyan indiyə qədər azı 5-6 dəfə şahid kimi istintaqa ifadə verib.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti