PSJ Parisi "partlatdı" - Futbol klubunun qləbəsi faciə ilə nəticələndi

Nazirliyin bazar günü təqdim etdiyi rəsmi statistikaya görə, 491 nəfər Parisdə olmaqla, ümumilikdə 559 nəfər saxlanılıb. Onlardan 320-si barəsində polis nəzarəti tədbiri tətbiq edilib.
Qeyd olunur ki, Parisdə bir gənc maşının altında qalaraq ölüb. Cənub-qərbdəki Daks şəhərində isə 17 yaşlı yeniyetmə bıçaqlanaraq öldürülüb. Paris polis rəisi Loran Nyunez hadisələrin əsl səbəblərinin araşdırıldığını deyib, ilkin versiya olaraq tərəfdalar arasında ədavətlə bağlı olduğunu istisna etməyib.
PSJ-nin qələbəsindən sonra Parisin mərkəzi, xüsusilə də Şanzelize prospekti zorakılıq səhnələrinə çevrilib. Minlərlə azarkeşin toplaşdığı ərazidə avtobus dayanacaqları sındırılıb, polisə müxtəlif əşyalar atılıb. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməyə məcbur qalıb.
Daxili İşlər Nazirliyi yüzlərlə yanğınsöndürən maşını, o cümlədən 200-dən çox avtomobilin yandırıldığını bildirib. 22 polis əməkdaşı və 7 yanğınsöndürən xəsarət alıb.
Bu arada bu gün günorta saatlarında Şanzelizedə PSJ-nin qələbə paradı keçiriləcək. Polis tədbirə qatılanlardan əlavə kimsənin əraziyə buraxılmayacağını bildirib. Təşkilatçılar maksimum 100 min nəfərin iştirakına icazə verildiyini açıqlayıb.
Axşam saatlarında isə Parc des Princes stadionunda yekun bayram tədbiri keçiriləcək. Rəsmilər yeni qarşıdurma ehtimalına qarşı polis qüvvələrinin hazır vəziyyətdə saxlandığını vurğulayıblar.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: