Qafqazın ən böyük bazarı - FOTOLAR

Qafqazın ən böyük bazarı - FOTOLAR
  01 Avqust 2014    Oxunub:8484
Cənubi Qafqazın ən böyük bazar kompleksi Gəncədə olacaq
Gəncə daha bir yeniliklə dünyanı heyrətləndirəcək. Bu barədə AzVision.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, genişvüsətli abadlıq-quruculuq işləri çərçivəsində tikilən Cənubi Qafqazın ən böyük bazar kompleksi Gəncənin müasir simasına möhtəşəmlik gətirəcək. Nəhəng bazar Kəpəz rayon İcra Hakimiyyətinin yaxınlığında, 18 hektar ərazini əhatə edəcək. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə, tərəvəz, ət, süd, un məmulatları və digər sektorlar fəaliyyət göstərəcək, balıqlar üçün böyük akvariumlar, iri soyuducular qoyulacaq.

Bazarda həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə alıcılara təklif ediləcək. Bütövlükdə, bazarda kənd təsərrüfatı məhsullarının satışı üçün 104 bölmə nəzərdə tutulub. 16 birmərtəbəli və 18 ikimərtəbəli binalardan ibarət olacaq bazarda 810 mağaza fəaliyyət göstərəcək. Burada insanların rahatlığı üçün hər cür şəraitə malik otel, eyni zamanda 2400 maşının saxlanılması üçün avtopark da tikiləcək.

Qalereya




Teqlər:





Xəbər lenti