"Zeytun" dərmanları təsdiqlənmiş satış qiymətindən baha satıb

   "Zeytun" dərmanları təsdiqlənmiş satış qiymətindən baha satıb
  02 İyun 2025    Oxunub:608
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən "Zeytun Pharmaceuticals" MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.
Bu barədə AzVision.az -a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Məlumata görə, "Zeytun Pharmaceuticals" İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti