Komitə sədri: "Uşaqlar mina təhlükəsinin yaratdığı risklərlə üzləşirlər"
“Uzun illər münaqişə və müharibə şəraitində yaşayan Azərbaycan uşaqları bu gün də mina təhlükəsi və partlamamış hərbi sursatların yaratdığı risklərlə üzləşirlər: Buna baxmayaraq dövlətin həyata keçirdiyi siyasət və ardıcıl səylər nəticəsində uşaq hüquqlarının qorunması sahəsində mühüm nailiyyətlər əldə olunub. Rəsmi sülhün təmin olunması və bölgədə münaqişələrin başa çatması üçün Azərbaycan öz səylərini davam etdirir”.
Komitə sədrdi əlavə edib ki, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların sosial inteqrasiyası və inkişafı istiqamətində sistemli tədbirlər görülməkdədir. Belə ki, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanmasında uşaqların iştirakı və rəyinin nəzərə alınması strateji əhəmiyyətli addımdır.
“Uşaq Səfirlər Məclisinin formalaşdırılması da uşaq iştirakçılığının artırılması və onların dövlət idarəçiliyi proseslərinə töhfə verməsi baxımından mühüm platformadır. Bu təşəbbüs uşaqların öz hüquqları barədə məlumatlılığı artırır, həmçinin onların cəmiyyətin həyatında fəal mövqe sərgiləməsinə geniş imkanlar yaradır”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


