DTA tərəfindən elan olunan qrant müsabiqəsinin qalibləri açıqlanıb
Layihələr Dövlət Turizm Agentliyinin Qrant Qaydalarına əlavə olunmuş 5 nömrəli metodologiyaya əsaslanaraq layihə təkliflərinin hazırlanma keyfiyyəti, icra potensialı, sosial-iqtisadi təsirləri, layihənin aydın təsviri və büdcənin məqsədlərə uyğunluğu kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilib.
Qiymətləndirmə prosesi nəticəsində minimal keçid balını (48 bal) toplayaraq daha yüksək göstəricilər nümayiş etdirən 9 layihə aşağıdakı kimidir:
-“Turistik kənd”də turizmin inkişafına və turizmyönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” (“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi)
-“Duruca kəndində turizmin inkişafına dəstək (“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi)
-“Gənclərə iş, Turistlərə nəvaziş!” (“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi)
-“Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək” (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi)
-“4 mövsüm Qrız” - “Qrız kəndində turizmyönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” (“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi)
-Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi (Ramiz Kəlbiyev Kəlbi oğlu)
-Qrız kəndi və ətraf ərazilərdə icma əsaslı dayanıqlı, ekoloji, açıq hava turizm fəaliyyətlərinin təşkili (Rəşad Əhmədov İsmayıl oğlu)
-“Sım – Dincəl, Kəşf et, Sağlam yaşa!” Dayanıqlı Turizm infrastrukturunun təşkili (Pərviz Salayev Talıb oğlu)
-“İvanovkada velosipedlər və gəzinti marşrutları” (Abuzər Ağazadə Çingiz oğlu)
Qeyd edək ki, ümumilikdə təqdim edilmiş 156 layihədən 69-u müsabiqənin elan olunmuş istiqamətlərinə uyğun gəlmədiyinə və ya sənədlərdə mövcud olan çatışmazlıqlara görə ilkin qiymətləndirmə mərhələsinə keçiməyib. Digər 87 layihə isə ekspertiza mərhələsindən keçərək Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


