Polşa seçkilərində Tramp amili - VİDEO

   Polşa seçkilərində Tramp amili    - VİDEO
  03 İyun 2025    Oxunub:1198
ABŞ prezidenti Donald Tramp Karol Navrotskinin namizədliyini dəstəkləməklə onun Polşada keçirilən prezident seçkilərində qələbə qazanmasına töhfə verib.
AzVision.az xəbər verir ki, Amerikanın “The Wall Street (WSJ)” nəşrində dərc edilən materialda belə iddia olunur.

“Polşa seçkiləri ilə bağlı Vaşinqtonun qələmindən çıxan hər şeydən çox Trampla Ağ Evdə çəkilmiş fotoşəkil Navrotski üçün ən vacib idi. Çünki bu, ona qətiyyət və etibar qazandırmalı idi”, - qəzet vurğulayır.

The Conversation: “Polşadan Ukraynaya bəd xəbər” - VİDEO
Materialda həmçinin bildirilir ki, Navrotskinin qələbəsi Avropa ölkələrində sağ populizmin nüfuzunun artmasından xəbər verir.

Xatırladaq ki, iyunun 1-də Polşada prezident seçkilərinin ikinci turunda ən böyük müxalifət “Hüquq və Ədalət” partiyasının namizədi, mühafizəkar Karol Navrotski 50,89% səs yığaraq qalib gəlib. Onun rəqibi, hakim “Vətəndaş Koalisiyası”nın təmsilçisi, liberal Rafal Tşaskovski isə 49,11% səs toplayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Navrotski   Tramp  



Xəbər lenti