Bir ayda sərhəddə 3,7 milyonluq qaçaqmal tutulub

   Bir ayda sərhəddə 3,7 milyonluq qaçaqmal tutulub
  03 İyun 2025    Oxunub:493
May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarıllıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat оlan qaçaqmal, о cümlədən “Astra” markalı tapançaya məxsus daraqla birlikdə 17 ədəd patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti