META İrandan Azərbaycanı hədəfə alan səhifələri silib

   META İrandan Azərbaycanı hədəfə alan səhifələri silib
  03 İyun 2025    Oxunub:1137
META (“Facebook”, “Instagram”) şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını yayımalyıb.

AzVision.az xəbər verir ki, hesabatda qeyd olunub ki, İrandan Azərbaycan və Türkiyədə yaşayan azərbaycandilli icmaları hədəf alan gizli təsir əməliyyatı üzə çıxıb.

İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si “Facebook” hesab-profili, 22-si “Facebook” səhifəsi və 21-i isə “Instagram” hesab-profilidir (cəmi 60). Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.

META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb. Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.

AzVision.az



Teqlər:



Xəbər lenti