Pezeşkian Azərbaycana gələcək yen səfirlə görüşdü

   Pezeşkian Azərbaycana gələcək yen səfirlə görüşdü
  03 İyun 2025    Oxunub:924
İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib:

“Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz”.

Eyni zamanda, Pezeşkian İranın Çin, Fil Dişi Sahili, Meksika, Kuba və Uruqvaydakı yeni səfirlərini qəbul edib. Pezeşkian səfirlərlə görüşdə bildirib ki, müxtəlif ölkələrlə əməkdaşlığın genişləndirilməsi İranı gücləndirir.

AzVision.az



Teqlər:



Xəbər lenti