Azərbaycanın iki boksçusu dopinqə görə cəzalandırılıb

Azərbaycanın iki boksçusu dopinqə görə cəzalandırılıb
  03 İyun 2025    Oxunub:486
Azərbaycanın iki boksçusu antidopinq qaydalarını pozduqları üçün cəzalandırılıb.
Bu barədə AzVision.az -a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. Bunlar Ömər Aslanlı və Məsud Yusifzadədir.

Ö.Aslanlı qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə 24, M.Yusifzadə isə nümunə toplanmasından yayınma, imtina və nümunə təqdim etməməyə görə 36 ay müddətinə diskvalifikasiya edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti