Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
  03 İyun 2025    Oxunub:429
Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AzVision.az xəbər verir ki, bu barədə ”Azəriqaz” İB-dən bildirilib.

Abşeron rayonunun Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az





Teqlər:



Xəbər lenti