Sabirabadda evdə yanğın zamanı 4 nəfər ölüb

   Sabirabadda evdə yanğın zamanı 4 nəfər ölüb
  04 İyun 2025    Oxunub:964
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
AzVision.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti