NATO-nun mobil təlim qrupu ilə treninq keçirilir

NATO-nun mobil təlim qrupu ilə treninq keçirilir
  04 İyun 2025    Oxunub:537
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti