Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İrana məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


