AQTA Abşeronda balıqların kütləvi ölümünü araşdırlır

   AQTA Abşeronda balıqların kütləvi ölümünü araşdırlır
  04 İyun 2025    Oxunub:945
Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib. Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.

Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti