Xankəndidə əmək yarmarkası keçirilib

Xankəndidə əmək yarmarkası keçirilib
  04 İyun 2025    Oxunub:1132
Xankəndidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası baş tutub.
Bu barədə AzVision.az -a ƏƏSMN-dən məlumat verilib. Yarmarkada Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyalar təqdim olunub.

Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti