Sabahdan bəzi rayonlarda leysan olacaq

   Sabahdan bəzi rayonlarda leysan olacaq
  04 İyun 2025    Oxunub:987
Azərbaycanda iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti