Azərbaycanda zəlzələ olub
Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23.32-də Lerik rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 17 km dərinlikdə yerləşib.
Zəlzələ Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.
FHN-dən Trend-ə bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


