Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb

   Qazaxda BMW dirvara çırpılıb, 4 nəfər ölüb
  05 İyun 2025    Oxunub:730
Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi də qəza ilə bağlı məlumat yayıb. Belə ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti