Diplomatlar üçün birgə hüquqi maarifləndirmə tədbiri keçirilib
O, həmçinin bildirib ki, bu siyasəti hazırda uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən 2007-ci il 18 iyun tarixli Sərəncam ilə bu tarix Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunub.
Həmçinin, qeyd edilib ki, Ombudsman tərəfindən ənənəvi olaraq hər il elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzulara dair maarifləndirmə tədbirlərinin keçirilməsi və bu məqsədlə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.
Daha sonra A.Səfixanlı tədbir iştirakçılarına Ombudsmanın beynəlxalq əməkdaşlıq əlaqələri, BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmləri, humanitar hüquq normalarının implementasiyası barəsində geniş məlumat verib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.
Tədbirdə XİN-nin idarə rəisi A.Yaqubova “Heydər Əliyev və Azərbaycanın xarici siyasətində insan hüquqları amili” adlı məruzə ilə çıxış edib. Müzakirələr zamanı mövzu ilə bağlı XİN əməkdaşlarının sualları cavablandırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


