Süni intellektlə bağlı yeni dövlət standartları qəbul edilib
Sözügedən dövlət standartları Süni İntellekt (Sİ) sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalarda və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Yeni dövlət standartları ölkə Prezidentinin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


