Bakı və Sumqayıtda pensiyalar qrafikdən əvvəl ödənilib

  Bakı və Sumqayıtda pensiyalar qrafikdən əvvəl ödənilib
  05 İyun 2025    Oxunub:1110
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib.
Bu barədə AzVision.az -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə iyun ayının pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.

Respublikamızın digər bölgələri, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyun ayı üzrə pensiyaları da bu ay qrafik əsasında ödəniləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti