Nazir şəxsi heyətin döyüş fəaliyyəti ilə maraqlanıb

   Nazir şəxsi heyətin döyüş fəaliyyəti ilə maraqlanıb
  07 İyun 2025    Oxunub:1163
Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti