Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb
  07 İyun 2025    Oxunub:1068
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus “Opel” markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində qol saatları və eynək oğurlanıb.
DİN-dən AzVision.az -a bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.

Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.

Araşdırmalar aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti