Bakıda ağır yol qəzasında 3 nəfər ölüb

   Bakıda ağır yol qəzasında 3 nəfər ölüb
  07 İyun 2025    Oxunub:1105
Bakıda, Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti