Tramp İlon Maskın şirkətinə alternativ axtarır

Tramp İlon Maskın şirkətinə alternativ axtarır
  08 İyun 2025    Oxunub:1280
ABŞ Müdafiə Departamenti və ABŞ Kosmik Agentliyi (NASA) İlon Maskın “SpaceX” şirkəti ilə rəqabət aparan şirkətləri alternativ kosmik gəmi və raketlər istehsal etməsinə çalışır.
Bu barədə “The Washington Post” yazıb. Qeyd olunub ki, hər iki qurum Prezident Donald Tramp və İlon Mask arasında münasibətlərin pisləşməsi fonunda bu istiqamətdə təşviq etmək məqsədilə “RocketLab”, “Stoke Space” və Jeff Bezosun “Blue Origin” şirkətlərinə müraciət ediblər.

Qeyd edək ki, Trampla Mask arasında münaqişə multimilyarderin prezidentin büdcə qanun layihəsini tənqid etməsi ilə başlayıb. Onun fikrincə, layihənin Konqres tərəfindən təsdiqlənməsi büdcə kəsirinin artmasına səbəb ola bilər.

Daha sonra Tramp büdcə xərclərini milyardlarla dollar azaltmaq üçün Mask üçün dövlət müqavilələrini ləğv edə biləcəyini bəyan edib.

Cavab olaraq Mask “SpaceX”in “Dragon” kosmik gəmisini istismardan çıxarmaqla təhdid edib.


Teqlər:



Xəbər lenti