Dağlıq rayonlarda leysan və dolu ehtimalı var - XƏBƏRDARLIQ

 Dağlıq rayonlarda leysan və dolu ehtimalı var -    XƏBƏRDARLIQ
  08 İyun 2025    Oxunub:1376
İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

"Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur", - deyə qeyd olunub.
AzVision.az


Teqlər:



Xəbər lenti