Həmin yazıda Tramp Kaliforniya hakimiyyətinə müraciət edərək onları küçə iğtişaşları ilə mübarizə aparmamaqda günahlandırıb və yerli sakinlərdən üzr istəməsini tələb edib.
Paylaşımla bağlı şərh verməyən Mask, bundan əvvəl Trampın başqa bir yazısını da paylaşıb. Burada ABŞ prezidenti “miqrantların işğalı” səbəbindən Los-Ancelesdə asayişi bərpa etmək niyyətində olduğunu bildirib. Sahibkar bu paylaşıma iki Amerika bayrağı ilə emoci (işarə, simvol) əlavə edib.
|
| Reuters: "Tramp və Maskın birbaşa danışığı gözlənilmir" |
Sahibkar sənədi “iyrənc” adlandırıb və Trampın təşəbbüsünün “onsuz da nəhəng büdcə kəsirini” daha da artıracağını və amerikalı ailələri dayanıqlı olmayan borclarla yükləyəcəyini bildirib.
“Mask qanunvericiləri sənəddə elektrikli avtomobillər üçün vacib vergi güzəştlərini saxlamağa inandıra bilmədiyi üçün Trampın qanun layihəsini bloklamaq qərarına gəlib”, - mənbələrə istinad edən “Bloomberg” agentliyi yazıb.
Onların iddiasıan görə, qanuna düzəlişlər 2025-ci ilin sonuna qədər elektriklə işləyən avtomobillərə verilən 7,5 min dollar subsidiyanın ləğvini nəzərdə tutur. Lakin İlon Mask ABŞ prezidenti ilə münaqişəsinin buna görə başladığını inkar edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


