Naxçıvanda kütləvi zəhərlənmə olub

Naxçıvanda kütləvi zəhərlənmə olub
  09 İyun 2025    Oxunub:1138
“Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi” Publik Hüquqi Şəxsdən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə məlumat daxil olub.
AzVision.az Qida Təhlükəsizliyi Agentliyinin məlumatına istinadən xəbər verir ki, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az



Teqlər: Naxçıvan   zəhərlənmə  



Xəbər lenti