AQTA “Barilla” makaronları ilə bağlı yayılan xəbərləri şərh edib
Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb.
“Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”, - AQTA-nın məlumatında deyilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


