DİN: "Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb"

   DİN:    "Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb"
  09 İyun 2025    Oxunub:1468
İyunun 7-də və 8-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılmasını təmin ediblər.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   saxlanmalar  



Xəbər lenti