Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçiriləcək
"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.
Təlimin planına əsasən, tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


