Azərbaycan səfiri Madrid merilə birgə layihələri müzakirə edib

   Azərbaycan səfiri Madrid merilə birgə layihələri müzakirə edib
  10 İyun 2025    Oxunub:1000
Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Madrid meri Xose Luis Martines-Almeyda ilə görüş keçirib.
AzVision.az diplomatik missiyanın sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakı və Madrid arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tərəflər iki şəhər arasında birbaşa əlaqələrin gücləndirilməsinə yönəlmiş praktiki və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə maraq ifadə ediblər.

AzVision.az



Teqlər:



Xəbər lenti