Bakıda bəzi yerlərdə qaz təchizatı dayandırılıb

Bakıda bəzi yerlərdə qaz təchizatı dayandırılıb
  10 İyun 2025    Oxunub:427
Səbail rayonu, Badamdar qəsəbəsində asfalt qaşıyan texnika yeraltı orta təziqli qaz xətti zədələyib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qaz sızmasının qarşısını almaq məqsədi ilə qaz təchizatı dayandırılıb. A.Məmmədov, Z.Yusifzadə, Əlibəyov, L.Babayev, Ə.Nəzmi, M Useynov, Q.Abbasov, Xanlar, S.Qədimova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

AzVision.az



Teqlər:



Xəbər lenti