"YAŞAT" Fondu dəstək tədbirlərini davam etdirir

"YAŞAT" Fondu dəstək tədbirlərini davam etdirir
  11 İyun 2025    Oxunub:839
Zaməddinov Fərid İmran oğlu Vətən müharibəsinə 2020-ci ilin sentyabrında topçu komandir kimi qatılıb və düşmənin 30-a yaxın tankını məhv edib.
O, Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Fərid Zaməddinov Prezident İlham Əliyevin sərəncamları ilə “ Vətən uğrunda ” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

“YAŞAT” Fondunun dəstəyi ilə onun həyat yoldaşı Zeynəb Zaməddinovanın məişət şəraiti yaxşılaşdırılıb. Həmçinin şəhidimizin 3 övladı mütəmadi olaraq Fondun təşkil etdiyi layihələrdə iştirak edir.

AzVision.az


Teqlər:



Xəbər lenti