Ombudsman nümayəndələri Suriyadan gələnlərlə görüşüblər
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, repatriantların reabilitasiyası üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər barəsində məlumat əldə edilib. Görüş çərçivəsində repatriantların yaşayış şəraiti, psixoloji durumu və ehtiyacları qiymətləndirilib, onların hüquqlarının müdafiəsi, həmçinin sosial, səhiyyə, təhsil, məşğulluq və digər müvafiq dövlət xidmətlərindən istifadəsi ilə bağlı tövsiyələr verilib.
Görüşdə repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri və ona müraciət imkanları barədə ətraflı məlumat verilib. Qeyd edək ki, bu il iyunun 3-də 9-u uşaq olmaqla daha 13 Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəyə repatriasiyası həyata keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


