İran BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırır

   İran BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırır
  13 İyun 2025    Oxunub:1339
Rəsmi Tehran İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisinə endirdiyi aviazərbələrlə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təcili toplaşmaq tələbi irəli sürüb.
İranın dövlət xəbər agentliyi IRNA bildirir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayıb. O, təcili məktubda İsrail Ordusunun ABŞ-nin dəstəyi ilə İrandakı sülhməramlı nüvə obyektlərinə qarşı hücumunu qətiyyətlə pisləyib. İrəvani Təhlükəsizlik Şurasını bu hücuma qarşı tədbirlər görməyə çağırıb.
İsrail: "İranın cavab zərbələri zərərsizləşdirilir"

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   hücum  



Xəbər lenti