“Azadlıq Radiosu”nun yayımları “Svoboda.org” saytında, “Radio Liberty Live-YouTube” kanalında, “Telegram” kanallarında və məşhur podkast platformalarında audio axın vasitəsilə əlçatan olaraq qalır.
Bu arada Vaşinqtonun Federal Dairə Məhkəməsində “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi ilə bağlı dinləmələr davam edir. Media korporasiyası 2025-ci maliyyə ili üçün ABŞ Konqresinin artıq ayırdığı 62 milyon dollarlıq transferin ödnəilməsinə çalışır.
Tramp administrasiyası əvvəllər transferləri dondursa da, məhkəmənin qərarından sonra ödənişləri qismən bərpa edib.
|
| Aİ “Azadlıq Radiosu”na pul verəcək |
Xatırladaq ki, mart ayında Donald Tramp USAGM də daxil olmaqla 7 dövlət qurumunun fəaliyyətinin dayandırılması haqqında sərəncam imzalayıb. Bunun ardınca bir sıra Amerika və Avropa siyasətçiləri, eləcə də insan haqları təşkilatları ABŞ-ni mətbuat azadlığını qorumağa və USAGM vasitəsilə maliyyələşən media işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıblar.
Bu ilin may ayında isə, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas “Azad Avropa/Azadlıq Radiosu”na Brüssel tərəfindən 5,5 milyon avro ayrıldığını elan edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


