Azərbaycan təyyarələrinin İranla sərhəddə uçuşlar etməsi yalandır

   Azərbaycan təyyarələrinin İranla sərhəddə uçuşlar etməsi yalandır
  13 İyun 2025    Oxunub:1068
İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
Bu barədə AzVision.az -a Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti