70 minə yaxın namizəd MİQ imtahanı verəcək

70 minə yaxın namizəd MİQ imtahanı verəcək
  14 İyun 2025    Oxunub:1262
2024-cü il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb.
AzVision.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu il rekord sayda – 70 minə yaxın namizədin sistemə müraciət etdiyini açıqlayıb.

Qurumun direktoru bu göstəricinin müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsi olduğunu deyib.

“İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, - Eşqi Bağırov vurğulayıb.

AzVision.az



Teqlər: MİQ   imtahan  



Xəbər lenti