"Sevimli dad" davam edir

"Sevimli dad" davam edir
  14 İyun 2025    Oxunub:1557
Bir sıra media orqanlarında “Sevimli dad” brendinə aid məhsulların istehsalının dayandırılması ilə əlaqədar məlumatlar dərc olunub. "Azera Holding" açıqlama yayaraq, bunun yalan olduğunu bildirib.
"Diqqətinizə çatdırmaq istəyirik ki, süd məhsulları istehsalçısı olan Milk Pro MMC (hüquqi şəxs) ləğv edilib. Lakin, bir zamanlar Milk Pro MMC-yə məxsus olan “Sevimli dad” və “MilkPro” brendləri adında süd məhsulları bu ilin əvvəlindən "Azera Holding" şirkətlər qrupuna daxil olan "Azemal" şirkəti tərəfindən istehsal olunur. Zavod tam gücündə fəaliyyət göstərir və istehlalçılara keyfiyyətli və ekoloji təmiz süd məhsullarını təqdim edir",- şirkətin yaydığı açıqlamada deyilir.


Teqlər: "Sevimli-dad"  



Xəbər lenti