Azərbaycan İrandan təxliyələrə dəstək verir

Azərbaycan İrandan təxliyələrə dəstək verir
  15 İyun 2025    Oxunub:1104
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından həyata keçirilən təxliyə proseslərinə dəstək göstərir.
Görülmüş müvafiq tədbirlər nəticəsində, aralarında diplomatik heyətin də olduğu 28 nəfər Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana keçəcəyi gözlənilir.

İrandan təxliyə edilən şəxslərə tibbi xidmətin göstərilməsi və səhər yeməyi ilə təmin olunmaları üçün zəruri şərait yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti