Məşhəd aeroportu vurulub

Məşhəd aeroportu vurulub
  15 İyun 2025    Oxunub:1830
İsrail İranın şimal-şərqində yerləşən Xorasan vilayətinin Məşhəd şəhərində “Şəhid Haşeminejad” Beynəlxalq Aeroportunu vurub.
Yerli KİV-in məlumatına görə aeroportun uçuş-eniş zolağına zərbələr endirilib. Yanacaq dolduran təyyarə vurulub.

İsrail İrana hərbi hava hücumları davam edir. Tehranda bir sıra önəmli strateji obyektlərin vurulduğu qeyd olunur. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
M. HƏSƏNLİ
AzVision.az


Teqlər:



Xəbər lenti